ATV telekanalının yayımında dəyişiklik olub

MEDİA
17:42 20.03.2020
4127

"Azad Azərbaycan”  Müstəqil Tele-Radio Kompaniyası ölkədə aparılan koronavirusla mübarizə tədbirlərinə dəstək məqsədilə proqram şəbəkəsində dəyişiklik edib. 20 mart tarixindən başlayraq ATV telekanalı tamaşaçılara operativ məlumat çatdırmaq üçün saat 12:00-dan etibarən hər  saatın tamamında  "Xəbər” buraxılışı təqdim edir.

Kanalda yayımlanan  müxtəlif formatlı verilişlərin hər birinə koronavirusla mübarizə yollarından danışan mütəxəssislər cəlb olunub və insanların virusdan qorunma yollarını  ətraflı izah edən sosial çarxlar hazırlanıb nümayiş olunur.

Bayram günlərində evdə olan və ətraf mühitlə təması məhdudlaşdırmağa məcbur qalan insanları əyləncəli proqramları ilə darıxmağa qoymayan ATV kanalı koronavirusla mübarizə yollarının izah olunmasında da tamaşaçısının yanında olacaq.

OXŞAR XƏBƏRLƏR

X Mostbet