Audiovizual Şura: İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək

Audiovizual Şura: İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək
MEDIA
10:15 06.05.2025
719
"Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub”.

Bunu APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, bu kateqoriyaya "Azərbaycan Televiziya və Radio Verilişləri QSC”nin üç redaksiyası: "AZTV”, "İdman TV” və "Mədəniyyət TV", həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin "İTV” redaksiyası aiddir:

"Bu əlavə, praym-taym zamanı - həftə içi saat 19:00-23:00, həftəsonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında - təqdim edilən informasiya proqramlarını - xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Qeyd olunan yayımçıların prosesə başlaması üçün, təbii ki, müvafiq vaxt aralığı tələb olunur. Bu istiqamətdə Şura yaxın vaxtlarda yayımçılarla görüşlərin təşkili, onların hazırlıq vəziyyətlərinin öyrənilməsini planlaşdırır. Həmin görüşlərdən sonra konkret başlama vaxtını müəyyən etmək mümkün olacaq. Düşünürük ki, surdo-tərcümənin qısa zamanda tətbiq edilməsi mümkündür".

O bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Sanksiya və cəza tədbirləri ilə bağlı konkret qanunvericiliyin tələbləri müəyyən edilməsə də, Şura nəzarət mexanizmini müntəzəm icra edəcək:

"Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzuolunandır. Şura həmin yayımçıların təşviq edilməsi, məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər də nəzərdə tutur. İşarət dilinin tərcüməsini müvafiq təhsil və ixtisasa malik şəxslər həyata keçirir. Surdo-tərcüməçilərin kriteryalarının müəyyən edilməsi, işə qəbul edilməsi məsələsində Şuranın hər hansısa bir rolu yoxdur. Bununla bağlı proses şəxs və televiziya kanalı arasında işçi - işə götürən münasibətləri çərçivəsində həll ediləcək və bütün öhdəlik yayımçılara məxsus olacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq