Aureliya Qriqoriu: 'Erməniləri ifşa edəcəyəm' - Müsahibə

Aureliya Qriqoriu:
SİYASƏT
15:15 11.09.2013
1787

Moldova Parlamentinin hüquq müdafiəçisi və ombudsmanı Aureliya Qriqoriunun ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bunun nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarını pozmasını İrəvanda keçirilən beynəlxalq konfransda birbaşa işğalçının öz tribunasından səsləndirməsi onun fəaliyyətində çətinliklər yaradır.

Erməni diasporu hər cür təzyiqlərə əl atır, amma mövqeyindən çəkilməyəcəyini deyən A.Qriqoriu bundan sonra da erməniləri beynəlxalq trubunalardan ifşa edəcəyini bildirir.

New Baku Post”a eksklüziv müsahibəsində o, bir çox məsələlərə aydınlıq gətirib:Gün.Azhəmin müsahibəni təqdim edir:– Ermənistan parlamentindəki çıxışınız böyük əks-səda və ermənilərdə nifrət doğurdu. Dağlıq Qarabağ münaqişəsində sizinlə eyni mövqedə olan beynəlxalq təşkilat rəhbərlərinin etmədiyini siz etdiniz...– Hesab edirəm ki, nifrət hissini İrəvandakı çıxışım oyatmayıb, çünki ermənilərə yeni bir fikir söylənməmişdim. Onlara ağır gələn həqiqəti üzlərinə birbaşa Ermənistan Parlamentində deməyim idi.Sevinirəm ki, dünya ictimaiyyətinin diqqətini dondurulmuş münaqişəyə cəlb edə bildim. Məhz o çıxışdan sonra Avropanın və dünyanın bir çox siyasi xadimi Ermənistandan tələb etməyə başladı ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair BMT qətnamələrini yerinə yetirsin. Narahatlığım odur ki, Ermənistan həmin qətnamələrin tələblərinə boyun əyməcəyini açıq şəkildə bəyan edir.– Hazırda vəziyyət necədir? Ermənistanın sizi təqibi davam edir, yoxsa sakitləşiblər?– Ermənistan Moldovadakı diasporunu işə salaraq məni o çıxışıma görə peşmançılıq çəkməyə məcbur etməyə çalışır. Əsas məqsəd mənim erməni xalqı qarşısında üzr istəməyimə və vəzifəmdən vaxtından əvvəl azad edilməyimə nail olmaqdır. KİV-də mənim şərəf və ləyaqətimə kölgə salan məlumatlar yerləşdirilir. Hətta Böyük Knyaz Vladimir medalı və Heydər Əliyev ordeni ilə təltif olunmağıma başqa don geyindirirlər. Mən dəfələrlə bəyan etmişəm ki, üzr istəməyəcəm. Amma Moldova hökumətinin məsələyə qarışmamaq siyasəti ilə yanaşdığını nəzərə alsaq, ermənilərin məni vəzifəmdən azad edilməyimə nail ola biləcəklərini düşünürəm.– Deməli, ölkəniz Sizi müdafiə etmir, ancaq heç olmasa, təhlükəsizliyinizi təmin edirmi?– Çox təəssüf ki, ölkəm Ermənistan tərəfindən hüquqlarımın pozulmasının qarşısını almaq üçün cüzi də olsa səy göstərmədi. Təhlükəsizliyimi qorumaq məsələsinə də biganə yanaşılır. Nə qədər qəribə olsa da, bu işi həyat yoldaşım həyata keçirir və müəyyən müddətə iş fəaliyyətini də dondurub.– Ermənilərin təzyiqi qarşısında Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyiniz dəyişə bilər?– Heç bir təzyiq mənim insan haqlarının pozulmasına dair fikirlərimi dəyişə bilməz. İllər əvvəl Azərbaycan xalqının hüquqlarını pozmağa başlayan Ermənistan bu siyasətini indi də davam etdirir.– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər beynəlxalq konfransda analoji çıxışınız gözlənilirmi?– Əvvəla, İrəvandakı çıxışım təkcə Qarabağ münaqişəsinə həsr edilməmişdi. Mən dondurulmuş münaqişələr zonasında, Gürcüstan, Azərbaycan və Moldovada insan haqlarının qorunması məsələsini qaldırmışdım. Konfrans Ermənistanda olduğundan, Dağlıq Qarabağ məsələsi üzərində daha ətraflı dayandım. Mənim mandatım bu il oktyabrın 30-da bitir. Moldova İnsan Haqları Mərkəzi hazırda dəvət aldığım beynəlxalq konfranslara səfərlərimi maliyyələşdirmir.

Beynəlxalq tədbirlərdə iştirakıma maneələr törədilməsi böyük ehtimalla erməni tərəfin xahişidir. Lakin bu yaxınlarda türkiyəli həmkarım Məhmət Nihat Öməroğlunun dəvəti ilə Ankarada keçirilən Avropa Ombudsmanlarının konfransında iştirak etdim. Bu işə Türkiyənin Moldovadakı səfiri Məhmət Səlim Kartal böyük səy göstərdi.Ermənistan xristian xalqlarının birləşmə ideyası ilə spekulyasiya edir. İndi məhz bu məsələni qaldırmaq niyyətindəyəm. Avropa və Şərq Tərəfdaşlığı ölkələri Ombudsmanlarına müraciət göndərmişəm. Müraciətdə bildirmişəm ki, Ermənistanda olarkən insan haqlarının pozulmasını şəxsən öz üzərimdə hiss etmişəm. Ona görə mənə qarşı etdiklərinə qiymət vermələrini istəmiş, həmçinin Ombudsmanların Şərq Tərəfdaşlıq ölkələrində müstəqilliyinin və təhlükəsizliyinin daha yüksək səviyyədə qorunması barədə konkret təkliflər irəli sürmüşəm.– Bəzi KİV-lərin məlumatına görə, ermənilər növbəti Ombudsman seçkilərində iştirakınıza da maneə törədir. Belədir?– Məndə olan məlumata görə, erməni diasporu Moldova parlamentinin payız sessiyasında istefaya göndərilməyim üçün ciddi hazırlıqlar görür. Hətta qeyri-hökumət təşkilatlarında istefamı tələb edən imzalar toplayırlar. O ki qaldı Ombudsman seçkilərinə, Moldovanın digər ombudsmanının mandatı 2015-ci ildə başa çatır.– Azərbaycana səfəriniz nə vaxta planlaşdırılır və hansı strukturlarda görüşləriniz nəzərdə tutulur?– Səfər bu il oktyabrın sonu, noyabrın əvvəlinə planlaşdırılb. Hazırda səfərin proqramı razılaşdırılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq