Avqustun 5-də premyerası olacaq "Meymunların üsyanı" filminin büdcəsi 90 milyon dollardır. Rejissoru Rupert Uayattdlr. Baş rollarda Ceyms Franko, Tom Felton, Brayan Koks, Endi Serkis, Frida Pinto və başqaları çəkilib.
Filmdə baş verən hadisələr müasir San-Fransiskoda canlandırılıb. Hadisənin əsas obyekti isə alimlərin meymunların intellektinin artırılması üzərində apardıqları təcrübədir. Primatlar özlərinin kölə vəziyyətini görərək üsyana başlayırlar və insanı təbiətin şahı titulundan məhrum edirlər. /// faktxeber