"Avaz" Türkiyədə Azərbaycan musiqisini təmsil edib

MƏDƏNİYYƏT
14:37 01.04.2022
652
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində musiqi mədəniyyətimizin şah əsəri olan muğamımız inkişaf etməkdədir.
 
Muğam sənətinin gələcək nəsillərə çatdırılmasında, sevdirilməsində böyük töhfələr vermiş, 3 ildən artıq davam edən, hazırda MTV Azərbaycan kanalında yayımlanan "AVAZ” Televiziya Uşaq Muğam Müsabiqəsinin kiçikyaşlı xanəndələri, layihənin rəhbəri Zərifə Tapdıq qızı və musiqi rəhbəri Kamilə Abdullayeva bu günlərdə Türkiyədə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak ediblər.
 
Bu barədə AZXEBER.COM-a layihənin rəhbəri Zərifə Tapdq qızı məlumat verib.
 
O bildirib ki, kiçikyaşlı xanəndələrdən ibarət heyətdə "Avaz-3" ün iştirakçısı, şəhid mayor Elsevər Paşayevin qızı, 6 yaşlı Nəzrinin atasına həsr etdiyi ifası festivala qatılan hər kəsi göz yaşlarına qərq edib. "Avaz" qrupu festivala Mədəniyyət Nazirliyinin, Ailə Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyevanın və Azərbaycan oftolmoloqlar cəmiyyətinin sədri, həkim oftolmoloq Yazgül Abıyevanın dəstəyi ilə qatılmışdı.
 
Layihənin rəhbəri Zərifə Tapdq daha sonra qeyd edib ki, yarandığı gündən müxtəlif beynəlxalq musiqi festivallarına dəvətlər alan "AVAZ" iştirakçılarının növbəti səfəri, aprelin 23-də qardaş Türkiyənin Bursa şəhərində keçiriləcək Beynəlxalq Uşaq Festivalı olacaq.

OXŞAR XƏBƏRLƏR