Venesuela prezidenti Uqo Çaves inauqurasiya mərasimində iştirak etməsə belə, öz postunda qalmış sayılacaq.Bu bəyanatla Venesuelanın vitse-prezidenti Nikolas Maduro çıxış edib. Maduro müxalifətin Çaves inauqurasiya mərasimində iştirak edə bilməsə, yenidən seçkilərin keçirilməsi tələbini rədd edib. O bildirib ki, Çavesin xəstə olması daim işinin başında olmaması anlamına gəlmir.Qeyd edək ki, ötən ilin oktyabrında yenidən prezident seçilmiş Uqo Çavesin andiçmə mərasimi yanvarın 10-a təyin olunub. Dekabrın 11-də prezident onkoloji xəstəlikdən əməliyyat olunub, onun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Prezidentin müalicəsi dövründə onun səlahiyyətlərini vitse-prezident Nikolas Maduro icra edir.