Avqust ayı üzrə 190 manat nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Avqust ayı üzrə 190 manat nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA
SOSİAL
10:52 19.08.2020
7649
"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunan şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşlara ödəniş yaxın vaxtlarda ediləcək".

AZXEBER.COM bildirir ki, bu fikirləri Qazet.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı bildirib.

O bildirib ki, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq.

Vəsait iyul ayı üzrə birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
OXŞAR XƏBƏRLƏR