Avqust ayının ən yaxşı futbolçusu o oldu

Avqust ayının ən yaxşı futbolçusu o oldu
İDMAN
17:49 11.09.2025
288
İtaliya A Seriyasında avqust ayının ən yaxşı futbolçusu bəlli olub.

AZXEBER.COM xəbər verir ki, bu ada "Yuventus”un gənc oyunçusu Kenan Yıldız layiq görülüb. Türkiyə millisinin üzvü Tomas Kristensen ("Udineze”), Skott MakTominay ("Napoli”), Niko Paz ("Komo”), Matias Soule ("Roma”) və Markus Türamı ("İnter”) qabaqlayaraq ayın futbolçusu seçilib.

Qeyd edək ki, Kenan Yıldız 2025/26 mövsümündə indiyədək A Seriyada 2 matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR