Avrasiya Ali Təhsil Zirvəsinin açılışı olub - FOTOLAR

Avrasiya Ali Təhsil Zirvəsinin açılışı olub - FOTOLAR
SOSİAL
15:45 04.03.2019
3189
İstanbulda, Lütfü Kırdar Konqre mərkəzində  Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə Avrasiya Ali Təhsil Zirvəsinin(EURİE-2019) açılışı olub. 
 
AZXEBER.COM xəbər verir ki, bütün Avrasiya bölgəsini əhatə edən ali təhsil zirvəsinin açılışında müxtəlif ölkələrdən təhsil nazirləri, universitet rektorları, dünyanın qabaqcıl  elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Ölkəmizi zirvədə Naxçıvan Dövlət Univeristeti, Naxçıvan Özəl Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sanaye Univeristeti təmsil edir. Almaniya, Brazilya, Meksika, Qazağıstan, İran, Fransa, Amerika, Şimali Kipir kimi ölkələrin qabaqcıl ali təhsil ocaqları iştirak edir. 

Avrasiya Universitetlər Birliyinin (EURAS) sədri Dr. Mustafa Aydın Report`a açıqlamasında, artıq üçüncü ildir keçirilən Avrasiya Ali Təhsil Zirvəsinin dünyanın ən böyük ikinci təhsil zirvəsi olduğunu deyib. Mustafa Aydın bildirib ki, zirvənin keçirilməsində məqsəd Türkiyənin ali təhsil sektorunu dünyaya tanıtmaq, bölgənin və dünyanın ali təhsil müəssisələri arasında ciddi əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət etməkdir.  O, zirvənin beynəlxalq tələbə mübadiləsində mühüm rol oynadığına diqqət çəkib.

Zirvə üç gün davam edəcək. Sərgi və konfranslarla işini davam etdirən zirvədə, iştirakçılara dünyadakı son yenilikləri önəmli təhsil adamları vasitəsilə öyrənmək şansı yaradılacaq. 
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR