İsveçrə - Türkiyə oyununda ikinci qol vurulub.
Bakı Olimpiya Stadionunda keçirilən matçın 26-cı dəqiqəsində Cerdan Şakiri fərqi iki topa çatdırıb.
Paralel keçən İtaliya - Uels oyununda isə hesab açılmayıb.
20:09
İsveçrə - Türkiyə oyununda hesab açılıb.
İsveçrə yığmasının hücumçusu Haris Seferoviç matçın 6-cı dəqiqəsində komandasını önə çıxarıb.
Paralel keçən İtaliya - Uels oyununda isə hesab açılmayıb.
20:01
AVRO-2020-nin A qrupu çərçivəsində baş tutacaq son iki oyuna start verilib.
İtaliya öz meydanında Uelsi qəbul edir, Türkiyə isə Bakıda İsveçrə ilə qarşılaşır.
Oyunlarda hesab açılmayıb.