AVRO-2020: Türkiyə millisinin uğursuzluq səbəbləri açıqlandı

AVRO-2020: Türkiyə millisinin uğursuzluq səbəbləri açıqlandı
İDMAN
12:27 19.06.2021
720
Türkiyə milli komandasının Avropa çempionatındakı uğursuzluğunun səbəblərini araşdırıb.

"Akşam" qəzeti yığmanın A qrupunun ilk 2 oyununda İtaliya və Uelsə məğlubiyyətini futbolçuların təlim-məşq toplanışına qeyri-ciddi yanaşmaları, oyunçular arasındakı münasibətlərin yaxşı olmaması və transfer dedi-qoduları ilə əlaqələndirib.

Nəşr iddia edir ki, mövsümün sonunda ailələri ilə planlaşdırdıqları tətil proqramı futbolçuların matçlara köklənməsinə mane olub: "Məşqçilər heyəti bunun qarşısını ala bilmədi. Millidə oyunçuları motivasiya edə biləcək şəxsin olmaması problem yaratdı. Digər önəmli amil isə arxayınlıqdır. "Biz hamını udarıq" düşüncəsinə qapılan komanda üzvləri AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaqla, vəzifələrinin başa çatdığını hesab etdilər".

Qəzetin idddiasına görə, açılış matçında İtaliyaya 0:3 hesablı məğlubiyyət kollektiv daxilində problemləri daha da artırıb: "Meydana çıxan və ehtiyatda qalanlar arasındakı soyuqluq münasibətləri sarsıdıb. Heyətdəki bəzi oyunçuların özlərini əvəzolunmaz hiss etmələri və baş məşqçi Şenol Güneşin hər bir halda onlara şans verməsi digər futbolçuların narazılığına səbəb olub. Həmçinin toplanış vaxtı bəzi futbolçuların transfer danışıqları apardıqları və yığmaya konsentrasiya ola bilmədikləri görünür. Komandaya mənfi təsir edən digər amil isə Avropa çempionatından sonra Güneşin istefa verəcəyi ilə bağlı xəbərlər oldu".

Qeyd edək ki, Türkiyə millisi Romada İtaliyaya 0:3, Bakıda isə Uelsə 0:2 hesabı ilə uduzub və hazırda A qrupunda sonuncu pillədə qərarlaşıb. Son oyun yenə Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı olacaq. İyunun 20-də keçiriləcək görüş saat 20:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı