AVRO-2024-də bu gün: Hansı oyunlar olacaq?

İDMAN
17:34 22.06.2024
190
Avropa Çempionatının 2-ci tur matçları davam edir.  

İ qrupu çərçivəsində mübarizə aparan Sloevakiya və Ukrayna yığmaları qarşı qarşıya gəlib. Hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status-kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb. Beləliklə Ukrayna ilk qələbəsini qazanıb. Slovakiya 1-2 Ukrayna

Matçın ən yaxşı oyunçusu isə ukraynalıların heyətində Nikolay Şaparenko qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
25 yaşlı futbolçu komandasının bərabərlik qoluna imza atıb.

D qrupunda isə Polşa və Avstriya milli komandaları üz-üzə gəlib. Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Piontek "status-kvo"nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç müəyyənləşdirib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub. Polşa 1-3 Avstriya

D qrupunun 2-ci tur matçına isə Niderland Fransa görüşü ilə yekun vurulub. Turnirə qələbə ilə başlayan komandalar bu görüşdə isə meydandan qolsuz bərabərliklə ayırılıblar. Niderland 0:0 Fransa. Bu qarçılaşmanın ən yaxşı oyunçusu isə  fransızların heyətində Nqolo Kante qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 33 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.
 
Beləliklə di qrupunda qərarlaşan Polşa millisi pley-off şansını itirib.

Keçirdiyi hər iki oyunda uduzan polşalılar son turun nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələ bilməyəcəklər.

2 turdan sonra Niderland və Fransa hərəyə 4, Avstriya isə 3 xal toplayıb.

Bu gün turnirin qrup mərhələlərinin 2-ci tur matçlarına yekun vurulacaq.
günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.
Bu, tərəflərin ilk rəsmi qarşılaşması olacaq.
 
Bu qrupun digər oyununda, Dortmund şəhərində qardaş ölkə Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.
Xatırladaq ki, Türkiyə və Portuqaliya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üç dəfə üz-üzə gəliblər.
"Ay-ulduzlular" 1996-cı ildə 0:1, 2000 və 2008-ci illərdə 0:2 hesabı ilə uduzub və heç bir matçda qol vura bilməyib.
Qardaş ölkə ümumilikdə bu rəqiblə doqquz dəfə görüşüb, yalnız 1955 (3:1) və 2012-ci ildəki (3:1) yoldaşlıq oyunlarında qalib gələ bilib.
 
Gürcüstanlılar F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexiyalılar isə Portuqaliyaya (1:2) məğlub olublar.
 
Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək. Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.

Bu komandalar böyük turnirlərdə üz-üzə gəlməyiblər.
Qeyd edək ki, Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib - 3:0.
 
Fərid Faiqoğlu
 

OXŞAR XƏBƏRLƏR