AVRO-2024-də bu gün: Hansı oyunlar olacaq?

İDMAN
17:02 19.06.2024
178
Ötən gün Avropa Çempionatının qrup mərhələlərinin 1- ci tur matçlarına yekun vurulub.
 
Son qarşılaşmalar F qrupu çərçivəsində Türkiyə - Gürcüstan və Portuqaliya- Çexiya arasında baş tutub. Günün ilk matçı dortmund arenada Türkiyə və Gürcüstan arasında olub.

Qarşılaşmda ilk golu 25-ci dəqiqədə Mərt Müldür vurub. 32-ci dəqiqədə Gürcüstan yığmasının heyətində Georgi Mikautadze bərabərliyi təmin edib. Beləliklə ilk hissəyə komandalar 1-1 hesablı bərabərliklə yollanıblar. İkinci hissədə təzyiqləri artıran ay – ulduzlular görüşün 65- ci dəqiqəsində yenidən önə keçiblər. 19 yaşlı Arda Gülər möhtəşəm qolu ilə gürcüləri növbəti dəfə cəzalandırıb. Bundan sonra Gürsüstan yığması hücumlarını artırsa da istəyinə nail ola bilməyib. İkinci hissəyə artırılmış son saniyələrdə isə Kərəm Aktürkoğlu komandasının 3-cü qolunu vuraraq matçda son nöqtəni qoyub. Türkiyə 3:1 Gürcüstan 
Arda Gülər həm də Avropa çempionatlarının tarixinə düşüb. O, qitə turnirləri tarixində ilk oyununda qol vuran ən gənc oyunçu (19 yaş 114 gün) olub.
A.Gülər komandasının 2-ci qolunu vuraraq portuqaliyalı Kriştianu Ronaldunun AVRO-2004-dəki rekordunu ( 19 yaş 128 gün) yeniləyib.  Qeyd edim ki, matçın ən yaxşı oyunçusu da Arda Gülər seçilib. 

Günün son qarşılaşmasında isə Portuqaliya və çexiya yığmaları üz-üzə gəlib. 62-ci dəqiqədə Lukaş Provodun qolu sayəsində Çexiya millisi hesabda önə keçib. Sonra çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib.

Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub. Portuqaliya 2:1 Çex Respublikası

Matçın ən yaxşı oyunçusu isə Vitinya seçilib. 

Kriştianu Ronaldu isə Avropa çempionatları tarixinə düşüb.

Portuqaliyalı hücumçu altı Avropa Çempionatında iştirak edən yeganə futbolçu ünvanına yiyələnib. 39 yaşlı futbolçu 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb. Ümumilikdə hücumçu 26 matça çıxıb. O, bu görüşlərdə 14 qola, 9 məhsuldar ötürməyə imza atıb.

Bir digər tarixə düşən futbolçu isə Pepe kimi tanınan 41 yaşlı Kepler Laveran Lima Ferreyra Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub. Bundan əvvəl bu rekord AVRO-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi. Pepe üçün hazırkı Avropa çempionatı beşinci (2008, 2012, 2016, 2020, 2024) olub. 

Fərid Faiqoğlu
 

OXŞAR XƏBƏRLƏR