AVRO-2024-ün ilk oyununda iki qol vurulub

İDMAN
23:38 14.06.2024
246
Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.

AZXEBER.COM xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

OXŞAR XƏBƏRLƏR