AVRO-2024-ün seçmə mərhələsində VII turun iki oyunu keçirilib.
AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, C qrupunda yer alan Ukrayna Çexiyanın paytaxtı Praqada qəbul etdiyi Şimali Makedoniyanı məğlub edib - 2:0.
Qolları 30-cu dəqiqədə Georgi Sudakov və 90+5-ci dəqiqədə Aleksandr Karavayev vurublar.
Qələbə sayəsində xallarını 10-a çatdıran Ukrayna qrupda ikincidir. Komanda lider İngiltərədən üç xal geri qalır, üçüncü İtaliyadan isə eyni qədər öndədir.
Lakin italyanlar iki, ingilislər bir oyun az keçiriblər.
H qrupunda Şimali İrlandiya öz meydanında San-Marinoya böyük hesabla qalib gəlib - 3:0. Qolları Pol Smit, Coş Maqennis və Konor Makmenamin vurublar.
Şimali İrlandiya hazırda altı xalla qrupda beşincidir. Sonuncu - altıncı olan San-Marinonun xalı yoxdur.