Avrokubok Masazırda!

Avrokubok Masazırda!
SOSİAL
22:33 28.07.2023
269
Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək "Sabah”ın ev oyununa bilet satışları başlayıb. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb. 

"Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan izləmək istəyən şəxslər biletləri onlayn şəkildə "iticket.az” saytından, həmçinin "iticket”in satış məntəqələrindən əldə edə bilərlər.  

Bilet almaq üçün https://iticket.az/events/sport/sabah-fk-fc-rfs/96863 linkinə daxil ola bilərsiniz. 
"Iticket” satış məntəqələri: 28 mall, Gənclik mall, Heydər Əliyev sarayı, Azərbaycan kinoteatrının yanındakı kassa, Kontinental marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı "Asan xidmət” mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən "Asan xidmət” mərkəzi.  
Qeyd edək ki, "Sabah” – RFS matçı avqustun 3-də, saat 20:00-da "Bank Respublika Arena”da baş tutacaq.
OXŞAR XƏBƏRLƏR