Avropa alkoqoldan xilas yolu axtarır

Avropa alkoqoldan xilas yolu axtarır
SOSİAL
10:49 14.09.2025
205
Avropa İttifaqının 6 dövləti, Avstriya, Belçika, Fransa, Latviya, Sloveniya və İspaniya spirtli içkilərin istehlakını azaltmaq məqsədilə ümumavropa tədbirlərinin tətbiqini dəstəkləyib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə ERR teleradio şirkəti öz saytında məlumat yayıb.

Məlumatda bildirilir ki, bu ölkələr Brüsseldən gələcəkdə Aİ-nin ürək-damar sağlamlığının qorunmasına dair plan çərçivəsində spirtli içkilərə vergilərin artırılması və reklam məhdudiyyətlərinin tətbiq olunmasını təklif ediblər.

Plan üzrə yekun təklifləri Avropa Komissiyası yaxın günlərdə təqdim edəcək.
 
/// Musavat.com
OXŞAR XƏBƏRLƏR