Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib

Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib
SİYASƏT
10:13 23.11.2025
76
Şimali Avropanın və Baltikyanı dövlətlərin liderləri Ukraynaya hərbi dəstəyi davam etdirmək və Avropanın müdafiəsini gücləndirmək niyyətində olduqlarını açıqlayıblar.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, birgə bəyanat İsveç, Danimarka, Norveç, Finlandiya, İslandiya, Latviya, Litva və Estoniyanın rəhbərləri ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən telefon danışığından sonra dərc edilib.

Sənədin mətni İsveç və Norveç hökumətlərinin rəsmi saytlarında yayımlanıb. Bəyanatda bildirilib ki, Ukraynaya davamlı yardım göstərmək qərarı yalnız Kiyevin təhlükəsizliyi ilə bağlı deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyinin qorunması ilə əlaqədardır. Onlar vurğulayıblar ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi müddətcə, bu ölkələr sanksiyaların sərtləşdirilməsini və daha geniş iqtisadi tədbirlərin tətbiqini dəstəkləyəcəklər.

Bəyanatda qeyd olunur ki, Ukrayna sülhə nail olmaq üçün ciddi niyyətini davamlı şəkildə nümayiş etdirir, danışıqlara hazırdır və Prezident Zelenski ABŞ tərəfindən təqdim edilən sülh planı üzərində işləyir. Eyni zamanda, sənəddə Rusiyanın hələ də atəşkəs və ya sülhə aparan addımlarla bağlı heç bir öhdəlik götürmədiyi vurğulanır. Əksinə, Moskvanın Ukraynanın mülki əhalisinə və infrastruktura qarşı hücumlarını davam etdirdiyi qeyd olunur.

Qərb ölkələri Tramp administrasiyasının Ukrayna planına düzəlişlər istəyir

Bir sıra Qərb dövlətləri ABŞ Prezidenti Donald Tramp administrasiyasını Ukrayna üzrə təklif edilən nizamlanma planına yenidən baxmağa çağırıb. Xüsusilə birgə bəyanatda dövlət sərhədlərinin zor tətbiqi ilə dəyişdirilməsinin yolverilməz olduğu vurğulanıb və Ukrayna ordusunun sayının məhdudlaşdırılması ilə bağlı müddəa narahatlıq yaradıb.

Bu sənədə Almaniya, Böyük Britaniya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Finlandiya, Fransa və Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Antoniu Koşta imza atıblar.

Trampın "sülh planı” nəyi nəzərdə tutur?

ABŞ tərəfindən hazırlanmış "sülh planı” hələ rəsmi şəkildə açıqlanmasa da, bir sıra media orqanları layihədən bəzi detallar yayıb. Məlumata görə, plana əsasən, Ukrayna müəyyən əraziləri Rusiyaya güzəştə getməli olacaq, ABŞ və Avropa isə ölkənin bərpasını maliyyələşdirməyi öhdəsinə götürəcək. Bundan başqa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və Moskva ilə Vaşinqton arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO