Avropa Birliyi Rusiyanı suçladı

DÜNYA
19:45 25.11.2013
949

Kremlin təzyiqlərinə baxmayaraq Kiyevin AB ilə tərəfdaşlıq təklifini qəbul etmək imkanı qalır.

Avropa Birliyi Rusiyanı suçladı. Ukrayna prezidenti Viktor Yanikoviç isə Vilnüsdə keçiriləcək sammitdə iştirak edəcəyini bəyan edib. Avropa Birliyi Rusiyanı Ukraynaya təzyiqlər etdiyinə görə suçlayan rəsmi bəyanat qəbul edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat qurumun saytında yer alıb. Avropa Birliyinin (AB) prezidenti Herman vam Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzo şəxsində verilən bəyanatda deyilir ki, Kremlin təzyiqlərinə baxmayaraq Kiyevin AB ilə tərəfdaşlıq təklifini qəbul etmək imkanı qalır. Bəyanatda həmçinin qeyd edilir ki, ölkə vətəndaşları son günlər Avrointeqrasiya istəyini nümayiş etdirirlər. Ukrayna prezidenti Viktor Yanikoviç isə ölkənin qurumla assosiativ üzvlüyü ilə bağlı sənədin imzalanmasının təxirə salınmasına baxmayaraq dekabrın 28-29-da AB-nin Vilnüsdə keçiriləcək sammitə qatılacağını bəyan edib.

OXŞAR XƏBƏRLƏR