Avropa Birliyi "X"i rekord məbləğdə cərimələyəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqının tənzimləyiciləri İlon Maskın "X" sosial media platforması üçün 1 milyard dolları keçə biləcək cərimə tətbiq etməyi planlaşdırır.
Cəzanin əsas səbəbi platformanın qanunsuz məzmun və dezinformasiya ilə mübarizə məqsədilə qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı ilə bağlı iddialara əməl etməməsidir. Bu qanun sosial media platformalarından məzmunun moderasiyası ilə bağlı daha sərt tədbirlər görməsini tələb edir.
Amerika mətbuatında yer alan xəbərlərə görə, davam edən istintaq səbəbilə adının çəkilməsini istəməyən 4 mənbə bu iddianı təsdiqləyib.
Gülay