Avropa Birliyinin (AB) binası Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə AZXEBER.COM Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin tviter hesabına istinadən xəbər verir.
"Bu qaranlıq saatlarda, bu gecə Ukrayna bayrağının rəngləri AB Komissiyasının baş qərargahında aydın şəkildə parlayır.
Həmrəyliyimizin simvolu. Dostluq. Və davamlı dəstək.
AB həmişəkindən daha çox Ukrayna və onun xalqının yanındadır”, - Avropa Komissiyasının Prezidenti sosial şəbəkədəki hesabında yazıb.