Avropa çempionatı: Azərbaycanın basketbol millisi Albaniyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycanın basketbol millisi Albaniyaya qalib gəlib
İDMAN
23:29 23.07.2023
194

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.

"Report” xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.

Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.

Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR