Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu finala yüksəlib

İDMAN
16:30 05.09.2024
147
Azərbaycanın üç gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Bunlar Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadədir (57 kq).

Fidan Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Fidan Qasımova (57 kq) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR