Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı

Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı
İDMAN
01:48 12.07.2016
1478

Avropa çempionatının rəmzi yığma komandası məlum olub. ANS PRESS-in məlumatına görə, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib. Çempionatın ən yaxşı futbpolçularını UEFA tərtib edib. Maraqlıdır ki, Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Qapıçı-Ruy Patrisiu (Portuqaliya);

Müdafiəçilər-Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

Yarımmüdafiəçilər-Toni Kruoos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

Hücumçular-Antuan Qrizman(Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.

OXŞAR XƏBƏRLƏR