"Avropa ən etibarlı bazardır" - Natiq Əliyev

"Avropa ən etibarlı bazardır" - Natiq Əliyev
SOSİAL
15:18 16.06.2016
1479
“İlk qaz İtaliyaya 2020-ci ildə çatacaq”.
“Şahdəniz” yatağı daxili bazar və qonşu ölkələrin tələbatını ödəməkdən də artıq qaz ehtiyatlarına malikdir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev İtaliyanın AGI informasiya agentliyinə müsahibəsində deyib.
“Bu səbəbdən qazı Avropaya çatdırmaq qərarına gəldik. Azərbaycan üçün qazı satmaq çox vacibdir. Ən etibarlı bazar isə Avropa bazarıdır.
Avropa Komissiyası da öz tərəfindən mənbələri və təchizat marşrutlarını şaxələndirmək istəyir ki, bu məqsəd Azərbaycanın qaz satışı ilə bağlı planları ilə üst-üstə düşür.
Beləliklə, TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir. Bu səbəbdən qaz yatağının ikinci fazasını inkişaf etdirmək istəyirik. Layihəyə yatırılacaq sərmayə də olduqca nəhəngdir - 45 milyard dollar.
Bu, sadəcə iqtisadi deyil, həm də texnoloji və sosial layihədir, çünki on minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. “Şahdəniz” yatağının işlədilməsinin ikinci mərhələsində “Cənub Qaz Dəhlizi” ilə 16 milyard kubmetr qaz ixrac olunacaqdır ki, bunun 6 milyard kubmetri Türkiyə bazarında realizə olunacaqdır.
Lakin Azərbaycanda “Abşeron” qaz yatağı kimi “Şahdəniz”dən başqa böyük imkanları olan digər qaz yataqları da var. “Abşeron” yatağının ehtiyatı 400 milyard kubmetr qiymətləndirilir.
Avropaya qaz nəqlinin birinci mərhələsinin müvəffəqiyyətlə başa çatması Azərbaycanın digər qaz yataqlarının da layihəyə cəlb olunaraq qaz həcminin artırılmasına şərait yaradacaq”, - deyə nazir qeyd edib.
İşlərin görülməsi qrafikinə riayət edildiyini vurğulayan N.Əliyev qeyd edib ki, inşaat işləri 2019-cu ildə bitəcək:
“İlk qaz İtaliyaya 2020-ci ildə çatacaq.
“Şahdəniz” yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur. Dəniz dibindəki quyular artıq hazırdır, platforma və boru kəmərləri tikilməkdədir. Nəzərdə tutulmuş cədvəldə dəyişiklik və gecikmələrin olması üçün səbəb yoxdur.
2019-cu ildə qaz Türkiyəyə, növbəti ildə isə Avropa və İtaliyaya nəql ediləcək. Layihənin vaxtında icrası digər aidiyyəti ölkələrdə - Yunanıstan, Albaniya və İtaliyada işlərin icrasının sürətindən də asılıdır. İnşaat işləri üçün çoxsaylı icazə və lisenziyaların əldə edilməsinə ehtiyac var. Həmin icazələrin alınması da işin surətinə təsir edəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
21:32 02.03.2026
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi