Avropa “Eurovision 2023”ü Ukraynadan almaq istəyir - Kiyev isə etiraz edir

Avropa “Eurovision 2023”ü Ukraynadan almaq istəyir  - Kiyev isə etiraz edir
DÜNYA
13:31 20.06.2022
321
Avropa Yayım Birliyi "Eurovision 2023” Mahnı Müsabiqəsinin Ukraynadakı müharibə səbəbindən bu ölkədə keçirilməyəcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, qərara həm Ukraynadan, həm də İngiltərədən cavab gəlib.

Ukrayna "əlavə danışıqlar tələb edəcəyik” desə də, İngiltərənin baş naziri Boris Conson Ukraynaya şans verilməsini istəyib. Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bu qərarı pisləyərək onun dəyişdirilməsini tələb edəcəklərini bildirib:

"Biz bütün öhdəlikləri yerinə yetirəcəyimizə inanırıq. Ukraynanın "Eurovision 2023”ə ev sahibliyi etməsi üçün əlavə danışıqların aparılmasını tələb edirik”, deyə nazir qeyd edilib.

Aydın
OXŞAR XƏBƏRLƏR