FİFA və UEFA Avropa futbolunda inqilabi dəyişikliyə hazırlaşır.
Bu haqda “Bavariya” klubunun prezidenti Karl-Haynts Rummenige məlumat verib.Onun sözlərinə görə, gələcəkdə Avropa ölkələrinin bütün milli çempionatları yanvar ayında başlayıb noyabrda yekunlaşa bilər. Klub prezidenti qeyd edib ki, nəzərdə tutulan dəyişikliyə əsasən, yay fasiləsinin bütünlükdə ləğv olunması gözlənilir.//qol.az