Avropa İttifaqı Komissiyasının yeni üzvləri etiraza səbəb oldu

DÜNYA
15:50 03.09.2024
148
AB Komissiyasının Prezidenti Fon der Leyenin sədrliyi ilə Avropa İttifaqının Komissiyasına üzv ölkələrin təmsilçiləri bəlli olub. 

AZXEBER.COM-un Qərb mediasına istinadən xəbərinə görə, Avropa Parlamenti (AP) seçkilərindən sonra Avropa Birliyinə üzv ölkələrin Komissiya üzvlərini seçmə prosesi başa çatıb.
 
Bu dəfə seçilən 27 üzvdən cəmi 8 nin qadın olmağı etirazlara səbəb olub. 

Leyen mətbuata açıqlama verərək gender balansını qorumaq məqsədilə üzv ölkələrə məktub göndərdiyini və hər ölkədən kişi və qadın olmaqla iki nəfər namizəd göndərməyini istədiyini deyib. Leyen yalnız bir neçə ölkə istəyini nəzərə alaraq qadın təmsilçi göndərdiyini bildirib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR