"Avropa İttifaqı müşahidə misiyasının nə işlə məşğul olduğu bizə bəlli deyil" - Deputat

"Avropa İttifaqı müşahidə misiyasının nə işlə məşğul olduğu bizə bəlli deyil" - Deputat
SİYASƏT
11:44 19.09.2025
231
"ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə bəyanat və ATƏT-in Minsk qrupunun bağlanılma prosesinə start verilməsi, Avropa İttifaqını və bizə qarşı zamanında qərəzli mövqeyi tutan bir çox qüvvələri sanki tələm-tələsik Azərbaycanla xoş münasibətlər qurmağa vadar edir".
 
Bu sözləri AZXEBER.COM-a açılamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
 
Deputat bildirib ki, artıq Azərbaycan regionun aparcı qüvvəsi kimi öz mövqeyini daha da gücləndirib:
 
"Azərbaycan regionun aparcı qüvvəsi kimi öz mövqeyini daha da gücləndirib. Ermənistan da artıq Azərbaycanın bütün şərtlərini qəbul edir. Biz bunu razılaşmadan da gördük. Üç lider tərəfindən imzalanan bəyanatda da biz bir çox məqamlara, demək olar ki, suallara cavab tapa bildik və bu baxımdan Avropa İttifaqının komissarının məhz Azərbaycana təşrif buyurması, xüsusilə də Qarabağ ərazisinə səfər etməsi həm regionda baş verən proseslərə yaxından tanışlıq, həm bir növ nəbz yoxlama məqsədini güdür".

Millət vəkili hımçinin qeyd edib ki, Azərbaycanın əsas tələblərindən biri də sərhədlərdə kənar qüvvələrinin yerləşdirilməməsidir:
 
"Bizim əsas tələblərimizdən biri sərhədlərə kənar qüvvələrin yerləşdirilməməsidir. Xüsusilə də Avropa İttifaqı müşahidə misiyasının nə işlə məşğul olduğu açıq deyim, hələ də bizdə bəlli deyil. Məsələ odur ki, orada keçmiş kəşfiyyatçılar, xüsusilə xidmət orqanlarına əməkdaşları, keçmiş polislər xidmət aparırlar. Say, birdən-birə kifayət qədər artırılıb, mandat müddəti 2027-ci ilin fevralına qədər uzadılıbdır. Bu, bizim üçün qaranlıq qalan məqamlar idi. Biz təbii ki, bilirik bunlar nə üçün buradadırlar. 
 
Ancaq əslində onların oraya gəlmək məqsədi o deyildi. Azərbaycan da onlarla kontakta girmir və onların fəaliyyətini tanımır. Bu baxımdan da artıq komisarın Azərbaycana səfərinin gizli məqamlarından bir də məhz bir növ əminlik üçün olmasıdır. Çünki biz dəfələrlə görürdük ki, süni atəşkəsin pozulma halları var idi, təxribata meyillənmələr var idi. Onlar qəsdən edirdilər ki, həmin o misiyanın burada qalma müddətini uzatsınlar, bir növ onlar burada qalsınlar. Və xüsusilə də artıq bu İran-İsrail münaqişəsi zamanında bu misiyanın bir çox gizli tərəfləri də üzə çıxdı. Artıq bu İrandan çox Ermənistana da mənfi təsir göstərirdi". 
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR