Bu gün Avropa İttifaqı müşahidəçilərindən ibarət qrup Ermənistanın paytaxtı İrəvana gedib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tvitter hesabında məlumat verib.
"27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə o qeyd edib.