Avropa İttifaqı Rusiyanın 21 aviaşirkətini qara siyahıya saldı

Avropa İttifaqı Rusiyanın 21 aviaşirkətini qara siyahıya saldı
DÜNYA
14:22 12.04.2022
767
Avropa İttifaqı Rusiyanın 21 aviaşirkətini qara siyahıya salıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın 21 aviaşirkətini beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi üçün qara siyahıya salıb.
 
Aİ Komissiyası Avropada fəaliyyətinə qadağa və ya məhdudiyyət qoyulan aviaşirkətlərin daxil olduğu Aİ Hava Təhlükəsizliyi Siyahısının yeniləndiyini açıqlayıb. Açıqlamada beynəlxalq təhlükəsizlik standartlarına əməl etməyən aviaşirkətlərin də yer aldığı siyahıya Rusiyada sertifikatlı 21 aviaşirkətin əlavə edildiyi bildirilib.
 
Qərarın Rusiyanın xarici təyyarələri məcburi şəkildə yenidən qeydiyyata alması və etibarlı uçuşa yararlılıq sertifikatları olmadan fəaliyyət göstərməsinə icazə verməsi səbəbindən bu vəziyyətin ciddi təhlükəsizlik narahatlığına səbəb olduğu və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarını pozduğu qeyd edilib. Açıqlamada qeyd olunub ki, son yeniləmə ilə 117 aviaşirkətin Aİ hava məkanında uçuşu qadağan edilib.
 
AB Nəqliyyat Komissiyasının üzvü Adina Valean mövzu ilə bağlı açıqlama verib: "Açıq bildirmək istəyirəm ki, bu qərar Rusiyaya qarşı başqa bir sanksiya deyil. Qərar yalnız texniki və təhlükəsizlik səbəbiylə alınıb. Təhlükəsizliyi siyasətlə qarışdırmayın”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR