Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi

Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
DÜNYA
16:07 02.05.2025
347
Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi "TikTok" sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq qaydalarını pozduğuna görə cərimələyib.
 
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, Aİ fərdi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) "TikTok" ilə bağlı araşdırmasının tamamlandığını açıqlayıb.

Açıqlamada Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsində "TikTok"un qanunauyğunluğunun araşdırıldığı, köçürmələrlə bağlı istifadəçilərə məlumatların verilməsi və şəffaflıq meyarlarına uyğunluğunun araşdırıldığı bildirilib.

Açıqlamada, TikTok-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı Aİ Ümumi Məlumatların Qorunması Qaydasını pozduğu təsbit edildiyi, şirkətə 530 milyon avro cərimə kəsildiyi və 6 ay ərzində fəaliyyətinin AB qaydalarına uyğunlaşdırılması əmri verildiyi bildirilib.

Qeyd edək ki, 2023-cü ildə DPC şəxsi məlumatların mühafizəsinin pozulmasına görə Çinin TikTok video paylaşma platformasına 345 milyon avro cərimə kəsib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR