Avropa İttifaqında “peyvənd sertifikatı”nın tətbiqi başladı

Avropa İttifaqında “peyvənd sertifikatı”nın tətbiqi başladı
DÜNYA
23:00 01.07.2021
1496
Avropa İttifaqı (Aİ) tərəfindən COVID-19 pandemiyası zamanı səyahətin asanlaşdırılması üçün hazırlanan "peyvənd sertifikatı”nın tətbiqi bu gün qüvvəyə minib.

"Anadolu” agentliyi xəbər verir ki, Aİ sərhədləri daxilində səyahətlərdə istifadə ediləcək peyvənd sertifikatı müraciəti rəsmi olaraq fəaliyyətə başlayıb.

Pulsuz "Aİ Rəqəmsal COVID Sertifikatı” kağız formasında və ya rəqəmsal formada hazırlanır.

Ayrı-seçkiliyin qarşısını almaq üçün peyvənd edilməyən insanlar da sertifikata sahib ola bilərlər.

Peyvənd sertifikatı şəxsin COVID-19 peyvəndi vurdurub-vurdurmamasını, varsa, harada və hansı peyvəndin vurulmasını, xəstəliyi keçirmiş şəxslərin sağaldığını göstərən sənədin və testin mənfi nəticəsini göstərən məlumatları əks etdirir.

COVID-19 testlərinin PCR növləri səyahətdən 72 saat əvvəl verilib sertifikatda müəyyənləşdirilir.

Sürətli antigen testləri 48 saata qədər əvvəl edilə bilsə də, hər bir ölkə bu testin tanınmasına özü qərar verir.

Aİ-də sertifikatla təsdiqlənmiş COVID-19 peyvəndlərindən "Pfizer”, "Moderna”, "AstraZeneca” və "Johnson and Johnson” qəbul edən və son dozadan 2 həftə keçən insanlara əlavə test və ya karantin kimi məhdudiyyət tətbiq edilmir.

Sertifikat Aİ vətəndaşlarına, milliyyətindən asılı olmayaraq ailələrinə, habelə Aİ vətəndaşı olmayan amma Aİ-də yaşayan şəxslərə və digər Aİ ölkələrinə səyahət etmək hüququ olan qonaqlara verilir.

Peyvənd sertifikatı, bütün Aİ ölkələri ilə birlikdə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə də etibarlıdır.

Sertifikat üzv ölkələrin dilləri ilə birlikdə ingilis dilində hazırlanır.

Hələlik 12 ay müddətində qüvvədə olan sertifikat səyahətlər zamanı yoxlanılır.

Xarici ölkələrlə Aİ sertifikatının qarşılıqlı tanınması üçün danışıqlar aparılır.

Qeyd edək ki, Avropa İttifaqı bu gündən Azərbaycandan səyahətlərə icazə verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO