Avropa İttifaqı Qəzza zolağında dərinləşən humanitar böhrandan ciddi narahat olduğunu bildirib və humanitar yardımın çatması üçün tərəfləri münaqişənin dərhal dayandırılmasına çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 37 gündür şiddətlə davam edir.
Hücumlar nəticəsində azı 4 min 609-u uşaq, 3 min 100-ü qadın olmaqla, 11 min 180-dən çox fələstinli həyatını itirib, 28 min 200-dən çox insan isə yaralanıb.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ adından etdiyi şərhdə deyib:
"Aİ Qəzzada dərinləşən humanitar böhrandan ciddi şəkildə narahatdır. Aİ hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir. Biz sərhəd keçidlərindəki imkanların artırılması və xüsusi dəniz marşrutu da daxil olmaqla humanitar dəhlizlərin yaradılması çağırışlarına qoşuluruq”.
Bəyanatda İsrailin "beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqa uyğun olaraq” özünü müdafiə etmək hüququ olduğu ifadə edilib.
Bəyanatda HƏMAS-a bütün girovları azad etmə çağırışı təkrarlanıb və xəstəxanaların və mülki şəxslərin canlı qalxan kimi istifadə edilə bilməyəcəyi bildirilib.
Ayşən