Avropa İttifaqından Polşaya dəstək

Avropa İttifaqından Polşaya dəstək
DÜNYA
13:36 11.09.2025
287
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Polşanın hava məkanını pozan Rusiya pilotsuz təyyarələrini vurması ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sosial media paylaşımında Kallas, Rusiyanın Polşanın hava məkanını pozması ilə bağlı NATO-nun baş katibi Mark Rutte və Polşa xarici işlər naziri Radoslav Sikorski ilə əlaqə saxladığını bildirib.

Polşada baş verən hadisəni Rusiyanın Ukraynada müharibə başlayandan bəri Avropa hava məkanını "ən ciddi şəkildə pozması" kimi xarakterizə edən Kallas bunun "qəsdən" olduğunu bildirib və Varşava ilə tam həmrəy olduğunu bildirib.

Kallas, Rusiyanın "müharibəyə son qoymur, əksinə onu gücləndirdiyini" qeyd edərək, "Moskvaya xərcləri artırmalı, Ukraynaya dəstəyimizi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq" dedi.

Aİ-nin müdafiədə mühüm rol oynadığını vurğulayan Kallas, Polşanın Rusiya və Belarusla sərhədlərini gücləndirmək üçün planlaşdırdığı "Şərq Sərhəd Qalxanı” layihəsi kimi təşəbbüsləri dəstəkləyəcəklərini açıqladı.
 
Gülay
OXŞAR XƏBƏRLƏR