İki mühərrikli "Metroliner" təyyarəsi Luqa hava limanında səmaya qalxandan az sonra uçuş-enmə zolağının yaxınlığına yerə düşərək partlayıb və yanmağa başlayıb.
Maltanın paytaxtı Valettadakı "Mater Dei" hospitalı fövqəladə vəziyyət rejiminə keçirilib.
Malta DİN-i Luqa hava limanını qapadıb.
Lüksemburqdakı şirkətə məxsus "Metroliner" təyyarəsinin "Frontex" tərəfindən icarəyə götürülməsi xəbəri doğrulmayıb. "Frontex" bunu Twitter-də təkzib edib: "Maltada qəzaya uğramış təyyarəni biz icarəyə götürməmişdik".
//Milli.Az