Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Medianın İnkişafı Agentliyində olub.
MEDİA-dan AZXEBER.COM-a verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov ölkədə media islahatlarının gedişi və "Media haqqında qanun” barəsində məlumat verib.
Görüşdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.











































