Avropa Komissiyası: “Cənubi Qafqaz ölkələrinə dəstək həmişəkindən daha vacibdir”

Avropa Komissiyası: “Cənubi Qafqaz ölkələrinə dəstək həmişəkindən daha vacibdir”
DÜNYA
19:30 08.06.2022
351
"Ukrayna, Gürcüstan, Moldova və Cənubi Qafqaz ölkələrinə dəstək həmişəkindən daha vacibdir”.

Bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

"Biz tərəfdaşlarımızı dəstəkləməyə və onlarla əlaqələri gücləndirməyə davam edəcəyik”, - o qeyd edib.

Vitse-prezident həmçinin bildirib ki, Avropa Komissiyası Gürcüstan və Moldovaya ölümcül olmayan hərbi yardımı artırmaqla bağlı təşəbbüs irəli sürüb.

Onun sözlərinə görə, yardım loqistika, kiber mühafizə, hərbi-tibbi, mühəndis və mobil imkanların artırılmasından ibarət olacaq. Layihənin iyunda təqdim olunması, müvafiq qərarın isə iyul ayında qəbul ediləcəyi planlaşdırılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR