"Ukraynadakı müharibə Avropada sülhün bərqərar olması ilə başa çatmalıdır”.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
"Bu gün Romada Roma papası ilə yenidən görüşməyimə şadam. Biz Ukraynadakı dağıntılardan əziyyət çəkənlərin yanındayıq. Ukraynadakı müharibə Avropada sülhün bərqərar olması ilə başa çatmalıdır” - o deyib.