Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb

Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb
İDMAN
22:20 07.09.2025
273
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.
OXŞAR XƏBƏRLƏR