Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salındı

İDMAN
19:53 12.09.2022
266
İngiltərədə "Arsenal" və Niderlandın PSV komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu təxirə salınıb.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsi səbəb olub.

Avropa futbol qurumu matçın təşkilində ciddi məhdudiyyətlər olduğu üçün bu qərarı qəbul edib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də keçirilməli idi.
OXŞAR XƏBƏRLƏR