Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

İDMAN
19:54 14.09.2022
316
İngiltərədə "Arsenal" və Niderlandın PSV komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununun yeni vaxtı müəyyənləşib.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu səbəbdən London təmsilçisinin oktyabrın 19-da "Mançester Siti"yə qarşı keçirəcəyi Premyer Liqa matçı təxirə salınıb.

Qeyd edək ki, ilk olaraq sentyabrın 15-də keçirilməsi planlaşdırılan "Arsenal" - PSV görüşü Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar ertələnib.
OXŞAR XƏBƏRLƏR