UEFA Avropa Liqasının qrup mərhələsində VI tura start verilib.
Artıq 4 qrupda mübarizəyə yekun vurulub və daha 4 komanda adını növbəti mərhələyə yazdırıb.
F qrupunda Danimarkanın "Midtüllan" və Niderlandın "Feyenoord", "Qarabağ"ın yer aldığı G qrupunda Fransanın "Nant", H qrupunda isə "Monako" klubu pley-offa adlayıb.
Daha əvvəl "Arsenal" (İngiltərə), PSV (Niderland), "Fənərbağça" (Türkiyə), "Renn" (Fransa), "Betis" (İspaniya), "Yunion" (Belçika), "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş" (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.