Avropa Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibi dəqiqləşib

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibi dəqiqləşib
İDMAN
11:09 16.08.2023
202
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi III raundda Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə "Qalatasaray"ına uduzması səbəb olub - 0:3, 0:1.

"Köhlən atlar" pley-offa yüksəlsə, ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, HİK - "Qarabağ" matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR