Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri dəqiqləşib

İDMAN
15:35 24.07.2023
185
"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

AZXEBER.COM-un məlumatına görə, "köhlən atlar" Çempionlar Liqasının II raundunda Polşanın "Rakuv" komandasına uduzacağı təqdirdə, qitənin ikinci dərəcəli klub turnirində HİK (Finlandiya) / "Molde" (Norveç) cütünün məğlubu ilə görüşəcək.

Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.
OXŞAR XƏBƏRLƏR