Avropa Liqası: “Qəbələ” “Çukariçki”-yə qarşı

İDMAN
15:57 16.07.2015
1304

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Qəbələ” komandası səfərdə Serbiyanın “Çukariçki” kollektivinin qonağı olacaq.

AZXEBER.COM xəbər verir ki, Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək oyunun baş hakimi rumıniyalı Radu Petresku olacaq. Ona həmyerliləri Ovidiu Artene, Vladimir Urzika və Marsel Birsan kömək edəcəklər.

Bakı vaxtı ilə saat 23:30-da başlayacaq matçın UEFA nümayəndəsi portuqaliyalı Joze Gilyerme Aguiar, hakim-inspektoru isə Albaniya təmsilçisi Plarent Kotherja olacaq.

OXŞAR XƏBƏRLƏR