Avropa Liqası: "Sabah"ın oyununa 5000 bilet satılıb

Avropa Liqası: "Sabah"ın oyununa 5000 bilet satılıb
İDMAN
02:48 10.07.2025
472
Bakıda "Sabah" və Sloveniyanın "Sele" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Artıq qarşılaşmaya 5000 bilet satılıb.

Qeyd edək ki, "Sabah” – "Sele” matçı iyulun 10-da, saat 20:00-da "Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR