Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirildi - NƏTİCƏLƏR

İDMAN
09:06 10.08.2012
1303
Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda 58 klub mübarizə aparırdı. Onlar növbəti mərhələyə 29 vəsiqənin taleyinə aydınlıq gətiriblər. Qeyd edək ki, Azərbaycan bu turnirə 3 klubla start versə də, artıq onların hamısı mübarizəni dayandırıb. “Bakı” Avroliqanı ilk, “İnter”lə “Xəzər Lənkəran” isə ikinci təsnifat mərhələsində tərk edib. Bu mərhələdə çıxış edən qardaş Türkiyə klubları da ilk cəhddə uğursuz oyunla yadda qalmışdılar. "Bursaspor" məğlub olduğu halda, "Eskişehirspor" da evdə heç-heçə ilə kifayətlənmişdi. Cavab görüşlərində Bursa klubu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxıb. Belə ki, gecənin ən böyük hesablı qələbəsini rəsmiləşdirən bursalılar mərhələ adlayan tərəf olublar. Amma "Eskişehirspor" səfərdə uduzaraq, mübarizəni dayandırıb. Digər görüşlərin nəticələri ilə aşağıda tanış ola bilərsiz: Avropa Liqası3-cü təsnifat mərhələsi (cavab oyunları)9 avqust Omonia (Kipr) - Crvena Zvezda (Serbiya) - 0:0 (penaltilərlə - 5:6) (ilk oyun 0:0)Dinamo (Moskva, Rusiya) - Dundee United (Şotlandiya) - 5:0 (2:2)Elfsborg (İsveç) - Horsens (Danimarka) - 2:3 (1:1)Aktobe (Qazaxıstan) - Genk (Belçika) - 1:2 (1:2)Slaven (Xorvatiya) - Athletic (İspaniya) - 2:1 (1:3)Legia (Polşa) - Ried (Avstriya) - 3:1 (1:2)Rosenborg (Norveç) - Servette (İsveçrə) - 0:0 (1:1)Metallurg (Donetsk, Ukrayna) - Tromse (Norveç) - 0:1 (1:1)Mlada Boleslav (Çexiya) - Twente (Hollandiya) - 0:2 (0:2)Aalesund (Norveç) - APOEL (Kipr) - 0:1 (1:2)Anorthosis (Kipr) - Dila Gori (Gürcüstan) - 0:3 (1:0)Young Boys (İsveçrə) - Kalmar (İsveç) - 3:0 (0:1)Spartak (Trnava, Slovakiya) - Steaua (Buxarest, Rumıniya) - 0:3 (1:0)Gent (Belçika) - Videoton (Macarıstan) - 0:3 (0:1)Lech (Polşa) - AIK (İsveç) - 1:0 (0:3)Zeta (Monteneqro) - Sarajevo (Bosniya) - 1:0 (1:2)Sparta (Çexiya) - Admira Wacker (Avstriya) - 2:2 (2:0)Mura (Sloveniya) - Arsenal (Kiyev, Ukrayna) - 0:2 (3:0)Vitesse (Hollandiya) - Anji (Rusiya) - 0:2 (0:2)Viktoria (Çexiya) - Ruch (Polşa) - 5:0 (2:0)PAOK (Yunanıstan) - Bnei Yehuda (İsrail) - 4:1 (2:0)Rapid (Buxarest, Rumıniya) - Heerenveen (Hollandiya) - 1:0 (0:4)Hannover (Almaniya) - St Patrick's (İrlandiya) - 2:0 (3:0)Bursaspor (Türkiyə) - Kuopio (Finlandiya) - 6:0 (0:1)Olympique (Marsel, Fransa) - Eskişehirspor (Türkiyə) - 3:0 (1:1)Inter (İtaliya) - Hajduk (Xorvatiya) - 0:2 (3:0)Rapid (Vyana, Avstriya) - Vojvodina (Serbiya) - 2:0 (1:2)Liverpool (İngiltərə) - Gomel (Belarus) - 3:0 ((1:0)

OXŞAR XƏBƏRLƏR