Avropa Liqasında yarımfinal uğrunda mübarızə başlayır

Avropa Liqasında yarımfinal uğrunda mübarızə başlayır
10:40 04.04.2013
948
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.Bütün oyunlar eyni gündə baş tutacaq. Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun İstanbulda baş tutacaq. Türkiyənin “Fənərbaxça” klubu öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edəcək. Milli komandamızın üzvü Ruslan Abışovun komandasl “Rubin” isə “Çelsi”nin qonağı olacaq. Digər oyunlarda “Benfika” “Nyukasl”ı, “Tottenhem” isə “Bazel”i qəbul edəcək.Avropa Liqası1/4 final, ilk oyunlar4 aprel00:05. “Benfika” (Portuqaliya) – “Nyukasl” (İngiltərə)00:05. “Çelsi” (İngiltərə) – “Rubin” (Rusiya)00:05. “Fənərbaxça” (Türkiyə) – “Latsio” (İtaliya)00:05. “Tottenhem” (İngiltərə) – “Bazel” (İsveçrə)
OXŞAR XƏBƏRLƏR