Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib.
Aİ ölkələrindən İtaliya və İspaniya İsrail nəzarətində olan Fələstinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər edən Aİ diplomatlarına İsrail əsgərlərinin atəş açmasını pisləyib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsraili insidenti araşdırmağa və günahkarları "məsuliyyətə cəlb etməyə" çağırıb:
"Diplomatların həyatına hər hansı təhdidlər qəbuledilməzdir".
İsrail ordusu rəsmisi bildirib ki, diplomatlar müəyyən edilmiş marşrutdan "kənara çıxdıqları" üçün əsgərlər "xəbərdarlıq atəşi" açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
///Apa